Rusiya klubunun üzvü millimizdən niyə imtina edib?

Rusiya klubunun üzvü millimizdən niyə imtina edib?

Hazırda oxunan: Rusiya klubunun üzvü millimizdən niyə imtina edib?

240719

“Anamın dediyinə görə, ulu babam Azərbaycandandır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın “Dinamo Mahaçqala” klubunun futbolçusu Mutalip Alibekov deyib.

28 yaşlı mərkəz müdafiəçisi Azərbaycan millisinə dəvət olunması barədə danışıb: “Moskvanın MOİK klubuna keçəndə Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət almışdım. Orada Dağıstandan bir neçə tanışım çıxış edirdi. Yəqin ki, mənim haqda nəsə demişdilər. Mənə zəng edib maraqlandılar. Amma bu təklifdən imtina etdim”.

 

Alibekov imtina etməsinin səbəbini açıqlayıb: “MOİK-dən Rusiya millisinə gedə biləcəyimi düşünürdüm. Həmin hadisədən sonra “Transfermarkt” saytında mənim Rusiyanın vətəndaşlığından əlavə Azərbaycan pasportumun da olduğu göstərilir. Amma bu belə deyil.


Rusiya U-19 yığma komandasının sabiq üzvü azərbaycanlı köklərinin olduğunu deyib: “Anamın dediyinə görə, səhv etmirəmsə, ulu babam Azərbaycandandır”.

O, AFFA-ya imtina etdikdən sonra onunla əlaqə saxlanılmadığını əlavə edib.

Qeyd edək ki, Mutalip Alibekov karyerası ərzində MOİK və “Dinamo Mahaçqala”dan əlavə ölkəsinin “Ximki”, “Baltika” və Belarusun “Smoleviçi” klublarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO