Lionel Messinin komandası yenə xal itirdi - NƏTİCƏLƏR

Lionel Messinin komandası yenə xal itirdi - NƏTİCƏLƏR

Hazırda oxunan: Lionel Messinin komandası yenə xal itirdi - NƏTİCƏLƏR

24069

DÇ-2022-nin seçmə mərhələsi davam edir.

Bizim.Media xəbər verir ki, Cənubi Amerika zonasında VI turun oyunları keçirilib.

Ardıcıl 6-cı qələbəsini qazanan Braziliya Paraqvayı məğlub edib. 100 faizlik nəticə ilə irəliləyən “pentakampeonlar” izləyiciləri ilə xal fərqini də artırıb.

Buna Argentinanın növbəti xal itkisi səbəb olub. Lionel Messi və komanda yoldaşları Kolumbiya ilə görüşdə iki erkən qol vursa da, qarşılaşmadan yalnız bir xalla ayrılıb.

Ekvador isə öz meydanında Peruya uduzub. Bu, qonaqların turnirdə ilk qələbəsi olub.

Digər iki matç heç-heçə bitib. Uruqvay Venesuela ilə qolsuz bərabərliyə imza atıb. Çili və Boliviya hərəyə bir qolla bir xal qazanıb.

DÇ-2022-nin seçmə mərhələsi

Cənubi Amerika, VI tur

8 iyun

Ekvador – Peru – 1:2

Plata, 90+3 – Kueva, 63, Advinçula, 89

Venesuela – Uruqvay – 0:0

Kolumbiya – Argentina – 2:2

Muriel, 51 (pen.), Borxa, 90+4 - Romero, 3, Paredes, 8

Paraqvay – Braziliya – 0:2

Neymar, 4, Poketa, 90+3

Çili – Boliviya – 1:1

Pulqar, 69 – Moreno, 81 (pen.)

1 Braziliya 6 6 0 0 16-2 18

2 Argentina 6 3 3 0 9-5 12

3 Ekvador 6 3 0 3 14-10 9

4 Uruqvay 6 2 2 2 7-7 8

5 Kolumbiya 6 2 2 2 11-13 8

6 Paraqvay 6 1 4 1 6-7 7

7 Çili 6 1 3 2 8-8 6

8 Boliviya 6 1 2 3 9-14 5

9 Venesuela 6 1 1 4 3-9 4

10 Peru 6 1 1 4 6-14 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO