Uels və İsveçrə futbolçuları Bakıda ilk məşqlərinə çıxdılar - FOTO

Uels və İsveçrə futbolçuları Bakıda ilk məşqlərinə çıxdılar - FOTO

Hazırda oxunan: Uels və İsveçrə futbolçuları Bakıda ilk məşqlərinə çıxdılar - FOTO

24068

Avropa çempionatının qrup mərhələsində iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları ilk məşqlərinə çıxıb.

Bizim.Media xəbər verir ki, hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda və "Dalğa Arena"da gerçəkləşib.

Məşq prosesində təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi vurğulanıb: "Silahlı ordu zabitləri və alman itləri əsas girişdədir. Polis isə ətrafa nəzarət edir".
 

MÖVZU İLƏ BAĞLI:

AVRO-2020 kubokunun Bakı gəzintisi - FOTOLAR


Uels millisinin ulduz futbolçusu Qaret Beyl də instaqram hesabında məşqdən fotosunu paylaşıb.

İsveçrə yığmasının sabiq futbolçusu, əvvəllər iki dəfə "Qarabağ"da çıxış etmiş İnnosent Emeqara isə "Blick" nəşrinə açıqlamasında Bakını "Avropanın Dubayı" adlandırıb. O, Azərbaycanda cinayətkarlığın sıfır səviyyəsində olduğunu vurğulayıb.

Qeyd edək ki, Uels və İsveçrə milliləri AVRO-2020-də A qrupunun ilk tur matçını iyunun 12-də Bakı Olimpiya Stadionunda keçirəcək.

Bu arenada iyunun 16-da Türkiyə - Uels, iyunun 20-də Türkiyə - İsveçrə qarşılaşmaları və iyulun 3-də 1/4 final mərhələsinin 1 oyunu olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO