“Həmin “Qızıl top" mükafatı həmişə haqsızlıq kimi qalacaq”

“Həmin “Qızıl top" mükafatı həmişə haqsızlıq kimi qalacaq”

Hazırda oxunan: “Həmin “Qızıl top" mükafatı həmişə haqsızlıq kimi qalacaq”

240577

"Bavariya"nın sabiq futbolçusu Frank Riberi 2013-cü ilin "Qızıl top" mükafatından danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb. O deyib:

"Mükəmməl il idi. Mən onu daha yaxşı keçirə bilməzdim. Həmin “Qızıl top" mükafatı həmişə haqsızlıq kimi qalacaq. Hələ buna bir izahat axtarıram. Başa düşə bilmirəm ki, niyə səsvermənin bitmə tarixi daha 2 həftə uzadılmışdı. Messi və Ronaldo həmişə mənə hörmətlə yanaşıblar. Bilirdilər ki, onların səviyyəsində olan futbolçuyam. Hörmətlə deyirəm ki, 2013-cü ildə onlar məndən üstün deyildilər".

Qeyd edək ki, həmin ilin "Qızıl top" mükafatını Kriştiano Ronaldo qazanmışdı. Messi 2-ci, Riberi isə 3-cü yerdə qərarlaşmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO