Əfsanəvi boksçu vəfat etdi

Əfsanəvi boksçu vəfat etdi

Hazırda oxunan: Əfsanəvi boksçu vəfat etdi

240536

Əfsanəvi boksçu Corc Formen vəfat edib.

Bizim.Media xəbər verir ki, amerikalı olimpiya çempionu və peşəkarlar arasında dünya çempionu 76 yaşında həyatını itirib. Onun ölümünün səbəbi açıqlanmayıb.

1968-ci ilin olimpiya çempionu Formen 1974-cü il oktyabrın 30-da Məhəmməd Əli ilə əfsanəvi döyüşün iştirakçısı olub. Zairdə (indiki Konqo DR) 60 min tamaşaçının gözü önündə baş tutan qarşılaşma Afrikadakı ilk titul döyüşü kimi tarixə düşüb. Formen 1973-cü ildə qazandığı dünya çempionu kəmərini həmin qarşılaşmada itirib.

Qeyd edək ki, Formen 1973-74-cü illərdə WBC və WBA, rinqə qayıtdıqdan sonra 1994-95-ci illərdə WBA və IBF versiyası üzrə dunya çempionu olub. O, peşəkar rinqdə 81 döyüşdə 68-i nokautla olmaqla 76 qələbə qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO