2026-cı il dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsi çərçivəsində İran - BƏƏ oyununda qeyri-adi hal yaşanıb.
Bizim.Media xəbər verir ki, görüşün ilk hissəsi elektrik kəsintisi səbəbindən yarımçıq dayandırılıb.
Elektrikin bərpasından sonra isə VAR-dakı problemə görə oyuna yenidən fasilə verilib. Bütün bunlara görə ilk hissəyə 29 dəqiqə əlavə olunub. Ümumilikdə matçın 1-ci hissəsi 74 dəqiqə olub.
Bu, milli komandalar səviyyəsində oyunun 1 hissəsinə əlavə olunan ən uzun müddətdir. Əvvəlki rekord 24 dəqiqə idi.
Klub səviyyəsində rekord isə 35 dəqiqəyə bərabərdir.
Qeyd edək ki, İran - BƏƏ matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:32 / 21.03.2025
DÇ-2026-nın seçmə mərhələsində inanılmaz REKORD
Hazırda oxunan: DÇ-2026-nın seçmə mərhələsində inanılmaz REKORD
Hazırda oxunan: DÇ-2026-nın seçmə mərhələsində inanılmaz REKORD
240461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.