Martın 25-də Azərbaycan millisi ilə qarşılaşacaq Belarus Bakıya yaxşı əhval-ruhiyyə ilə gələcək.
Bizim.Media xəbər verir ki, onlar Düşənbədə Tacikistan millisi ilə yoldaşlıq oyununa çıxıb və rəqibinə böyük hesabla qalib gəlib (5:0).
Maraqlıdır ki, qarşılaşmada hesab yalnız 64-cü dəqiqədə açılıb. Bu qələbə Belarus üçün səfər matçları arasında ən böyükhesablı qələbə kimi tarixə keçib.
İkinci hissədə meydan sahiblərinin heyətində “Kəpəz”in hücumçusu Şervoni Mabatşoyev da meydana çıxıb.
Qeyd edək ki, Azərbaycan – Belarus oyunu martın 25-də Masazırdakı “Bank Republika Arena” stadionunda keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media