Millətlər Liqasında play-off oyunları KEÇİRİLƏCƏK

Millətlər Liqasında play-off oyunları KEÇİRİLƏCƏK

Hazırda oxunan: Millətlər Liqasında play-off oyunları KEÇİRİLƏCƏK

240293

Bu gün Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, 12 cütdə ilk oyunlar keçiriləcək.

Mükafat uğrunda mübarizə aparan A Liqasının ən güclü 8 komandası 1/4 finalda üz-üzə gələcək. “Dördlər finalı”na vəsiqə qazanmağa çalışan yığmalar həm də DÇ-2026-nın seçmə mərhələsindəki yerlərini müəyyənləşdirəcəklər. Azərbaycan millisinin qrupuna düşəcək komanda Fransa ilə Xorvatiya arasında matçlarda bəlli olacaq.

A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda ilk qarşılaşmalar keçiriləcək.

Türkiyə yığması Macarıstanla üz-üzə gələcək. B Liqasının üçüncüləri də yerlərini qorumaq üçün C Liqasının ikinciləri ilə duelə başlayacaq.

Millətlər Liqası

20 mart

1/4 final, ilk oyunlar

23:45. Niderland – İspaniya

23:45. Xorvatiya – Fransa

23:45. Danimarka – Portuqaliya

23:45. İtaliya – Almaniya

A Liqasına vəsiqə uğrunda pley-off

21:00. Türkiyə - Macarıstan

23:45. Ukrayna – Belçika

23:45. Avstriya – Serbiya

23:45. Yunanıstan – Şotlandiya

B Liqasına vəsiqə uğrunda pley-off

21:00. Ermənistan – Gürcüstan

23:45. Kosovo – İslandiya

23:45. Bolqarıstan – İrlandiya

23:45. Slovakiya – Sloveniya

Qeyd edək ki, cavab oyunları martın 23-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO