“Sabah” bu futbolçu ilə yollarını AYIRACAQ

“Sabah” bu futbolçu ilə yollarını AYIRACAQ

Hazırda oxunan: “Sabah” bu futbolçu ilə yollarını AYIRACAQ

239942

“Sabah” yayda yerli futbolçulardan biri ilə yollarını ayıracaq.

Bizim.Media xəbər verir ki, Masazır təmsilçisi böyük ehtimalla Şakir Seyidovla müqavilə müddətini artırmağı planlaşdırmır.

Belə ki, klub ona yeni müqavilə təklif etməyib. Seyidovun yeni sezona fərqli komandada başlayacağı gözlənilir. 24 yaşlı yarımmüdafiəçi 2018-ci il iyulun 1-dən “Sabah”ın əsas komandasında oynayır. Onun Premyer Liqa təmsilçisi ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

O, "Sabah"a məxsus olduğu vaxtda, "Dauqavpils", "Turan Tovuz", "Kəpəz" komandalarında icarə əsasında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO