Argentina millisinin heyətində daha bir itki var.
Bizim.Media xəbər verir ki, kapitan Lionel Messi millinin bu gün açıqlanan heyətində yer almayıb.
"İnter Mayami"nin hücumçusu zədəlidir. Ona adduktor əzələ zədəsi diaqnozu qoyulub.
Xatırladaq ki, Paulo Dibala da zədə səbəbindən Argentina millsindən kənarda qalıb.
Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində martın 22-də səfərdə Uruqvayla, martın 26-da isə öz meydanında Braziliya ilə üz-üzə gələcək.
Bizim.Media