Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi "Empoli"dən çıxış edən Liberato Kakaçeni transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Beşiktaş" yeni zelandiyalı sol cinah müdafiəçisini mövsümün sonunda müqaviləsi başa çatan Artur Masuakunun əvəzləyicisi kimi düşünür. "Qara qartallar" 24 yaşlı futbolçu üçün İtaliya klubuna təklif göndərəcək.
Qeyd edək ki, "Empoli" Liberato Kakaçeni "Sint-Treyden"dən transfer edib. Yeni Zelandiya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin iyun ayında başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:52 / 17.03.2025
“Beşiktaş” İtaliya klubunun müdafiəçisi ilə MARAQLANIR
Hazırda oxunan: “Beşiktaş” İtaliya klubunun müdafiəçisi ilə MARAQLANIR
Hazırda oxunan: “Beşiktaş” İtaliya klubunun müdafiəçisi ilə MARAQLANIR
239839
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.