“Səbail”in yeni baş məşqçisi: “Reallıq odur ki, sonuncu yerdəyik”

“Səbail”in yeni baş məşqçisi: “Reallıq odur ki, sonuncu yerdəyik”

Hazırda oxunan: “Səbail”in yeni baş məşqçisi: “Reallıq odur ki, sonuncu yerdəyik”

239795

“Göstərilən etimada görə təşəkkür edirəm. Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm”.

Bizim.Media xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi vəzifəsi həvalə olunmuş Elvin Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Yeni baş məşqçi nəticə əldə etməyə inamının böyük olduğunu vurğulayıb: 

“Bu komanda ilə, mübariz kollektivimiz və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, bəli, sonuncu pillədəyik, xal fərqimiz də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik”.

Elvin Məmmədov əlavə edib ki, qarşıdakı 9 oyunun hamısı onlar üçün finala bərabər olacaq:

“Ümidliyik, bacaracağımıza inanırıq, zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.

Qeyd edək ki, Məmmədov martın 16-da istefaya göndərilən Cavid Hüseynovun köməkçilərindən biri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO