Misli Premyer Liqasının XXVII turunda "Neftçi" "Səbail"i məğlub edib.
Bizim.Media xəbər verir ki, “ASCO Arena”da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Neftçi"nin heyətində Filip Ozobiç (17) və "Elvin Camalov (29) fərqlənib. "Səbail"in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən "Neftçi" turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik “Səbail” isə sonuncu - 10-cudur.
Turun son matçı bu gün Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" (1:1) ilə, "Kəpəz" "Qarabağ"la (0:0), “Sabah” isə “Zirə” (1:1) ilə heç-heçəyə razılaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:15 / 16.03.2025
"Neftçi" "Səbail"i məğlub etdi - VİDEO
Hazırda oxunan: "Neftçi" "Səbail"i məğlub etdi - VİDEO
Hazırda oxunan: "Neftçi" "Səbail"i məğlub etdi - VİDEO
239614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.