Misli Premyer Liqasının XXVII turuna bu gün iki oyunla yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, əvvəlcə “Səbail” “Neftçi” ilə üz-üzə gələcək.
“ASCO Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda “Neftçi” 28 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 18 xala malik “Səbail” isə sonuncu - 10-cudur.
Turun son matçı Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.
Tovuz təmsilçisi 43 xalla turnir cədvəlinin dördüncü pilləsindədir. 8-ci yerdə qərarlaşan Sumqayıt klubunun 25 xalı var.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" ilə (1:1), "Kəpəz" "Qarabağ"la (0:0), “Sabah” isə “Zirə” ilə (1:1) heç-heçəyə razılaşıb.
Bizim.Media