“Sabah”ın baş məşqçisi hakim qərarlarından NARAZIDIR

“Sabah”ın baş məşqçisi hakim qərarlarından NARAZIDIR

Hazırda oxunan: “Sabah”ın baş məşqçisi hakim qərarlarından NARAZIDIR

239530

"Biz ilk hissəni yaxşı keçirdik. Standart vəziyyətdən qapımıza qol vuruldu. Halbuki orada cərimə zərbəsi yox idi".

Bizim.Media xəbər verir ki, "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Zirə" ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 27-ci turunda qeydə alınmış heç-heçəni ədalətli nəticə hesab etməyib: "Oyunun sonlarında hücuma atılmışıq, matçın bitməsinə də vaxt var idi, amma hakim oyunu saxladı. Bu, mənim üçün sürprizdir. Çox qəribədir. Belə sürprizlə qarşılaşmamışam.

Bizə çox sarı vərəqə verildi. Halbuki biz çox da kobud oynayan komanda deyilik. Nəticəni ədalətli hesab etmirəm. Hesab 1:1 olsa da, birinci hissəni yaxşı keçirdik. Oyunun son 20 dəqiqəsində yaxşı oynadıq.

Hakimlər haqqında çox danışmıram, amma verilən hakim qərarları qəribə idi. Məmnun deyiləm. Amma ruhdan düşmürük. Sadəcə işləməyə davam edirik".

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO