Millimiz Bolqarıstana QALİB GƏLDİ

Millimiz Bolqarıstana QALİB GƏLDİ

Hazırda oxunan: Millimiz Bolqarıstana QALİB GƏLDİ

239513

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində ikinci oyununu keçirib.

Bizim.Media xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstan yığması ilə üz-üzə gəlib.

Bayıl stadionunda təşkil olunan qarşılaşma Nərgiz Qurbanovanın komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) vurub.

Qrupun digər oyununda Lüksemburq yığması Malta seçməsini 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, millimiz ilk oyununu Lüksemburqa qarşı keçirib və 0:5 hesabı ilə məğlub olub.

Yığmamız qrupda son oyununu martın 18-də, saat 13:00-da Malta kollektivinə qarşı keçirəcək.
16:00. Azərbaycan U-17 - Bolqarıstan U-17 - 3:2

11:00. Lüksemburq U-17 - Malta U-17 - 5:0

Xallar: Lüksemburq - 6, Azərbaycan - 3, Bolqarıstan - 3, Malta - 0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO