UEFA penalti ilə bağlı qaydaları dəyişmək İSTƏYİR

UEFA penalti ilə bağlı qaydaları dəyişmək İSTƏYİR

Hazırda oxunan: UEFA penalti ilə bağlı qaydaları dəyişmək İSTƏYİR

239221

UEFA Çempionlar Liqasının 1/8 finalında "Real"la oyunda (1:0, pen. 2:4) "Atletiko"nun hücumçusu Xulian Alvaresin penaltilər seriyasında ləğv edilən qolu ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, hakim argentinalı futbolçunun topa iki dəfə toxunduğunu əsas gətirərək qolu qeydə almayıb.

Bununla bağlı "Atletiko" UEFA-ya müraciət edib. Qurumdan verilən məlumatda aparılacaq müzakirələrdən sonra bu qərarla bağlı gələcəklə dəyişikliyin mümkünlüyünü vurğulanıb:
 

"Topa təmas minimal olsa da, videotəkrarda futbolçu topa zərbədən əvvəl dəstəkləyici ayağı ilə də onu toxunduğu qeydə alınıb.


Mövcud qanuna (Oyun Qanunları, Qanun 14.1) əsasən, VAR qolun ləğvi ilə bağlı hakimi xəbərdar etməli idi. Topa iki dəfə toxunmanın bilərəkdən olmadığı hallarda qaydaya yenidən baxılmasının lazım olub-olmadığını müəyyən etmək üçün FIFA (Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası) və IFAB (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) ilə müzakirələr aparılacaq".

Qeyd edək ki, "Atletiko" penalti seriyasında uduzaraq, mübarizəni dayandırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO