Ölkəmizdə səfərdə olan Luiş Nani "Qarabağ"ın futbolçuları ilə görüşüb.
Bizim.Media xəbər verir ki, portuqaliyalı ulduzla görüşdə Şahruddin Məhəmmədəliyev və Patrik Andrade iştirak edib.
Ağdam klubunun oyunçuları bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər. Şahruddin Məhəmmədəliyev və Luiş Nani ötən mövsümdə Türkiyənin "Adana Demirspor" klubunda forma geyiniblər.
Qeyd edək ki, Luiş Nani dünən Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının püşkatmasında iştirak etmək üçün ölkəmizə gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:26 / 13.03.2025
Luiş Nani “Qarabağ”ın futbolçuları ilə görüşdü - FOTO
Hazırda oxunan: Luiş Nani “Qarabağ”ın futbolçuları ilə görüşdü - FOTO
Hazırda oxunan: Luiş Nani “Qarabağ”ın futbolçuları ilə görüşdü - FOTO
239193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.