Millimizin dünya çempionatındakı rəqibləri BƏLLİ OLACAQ

Millimizin dünya çempionatındakı rəqibləri BƏLLİ OLACAQ

Hazırda oxunan: Millimizin dünya çempionatındakı rəqibləri BƏLLİ OLACAQ

238927

Bu gün minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

Bizim.Media xəbər verir ki, tədbir “Ritz Carlton Baku” otelinin “Şuşa”zalında baş tutacaq.

Mayda Bakıda təşkil olunacaq mundialın 32 iştirakçısı 8 qrupa bölünəcək. Püşkatmadan öncə komandalar 4 səbətə bölünüb. Əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb.

1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;

2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritanıya, Qana;

3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;

4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.

Qeyd edək ki, püşkatma mərasimi saat 18:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO