Boksçumuz erməni rəqibinə QALİB GƏLDİ

Boksçumuz erməni rəqibinə QALİB GƏLDİ

Hazırda oxunan: Boksçumuz erməni rəqibinə QALİB GƏLDİ

238645

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, mundailın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.

54 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 final çərçivəsində Yekaterina Sıçeva (Ermənistan) ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, ermənistanlı rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO