Qurban Qurbanov Xankəndidə yubiley qələbəsini qazanıb

Qurban Qurbanov Xankəndidə yubiley qələbəsini qazanıb

Hazırda oxunan: Qurban Qurbanov Xankəndidə yubiley qələbəsini qazanıb

238527

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə keçirilən Azərbaycan Kuboku oyununda yubiley qələbəsini qazanıb.

 

Sfera.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, 1/8 final mərhələsinin MOİK-lə görüşünə təsadüf edib.

 

Rəqibini 1:0 hesabı ilə üstələyən Ağdam təmsilçisi Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qalibiyyətini əldə edib. Bu, 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb.

 

Q.Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/2009 mövsümündə qazanıb. Komanda həmin vaxt 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO