Martın 9-da Misli Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 30-cu dəqiqədə Edqar Adilxanov vurub.
Bu nəticədən sonra xallarını 27-yə çatdıran bölgə təmsilçisi 7-ci sıradadır. Bakı klubu isə 34 xalla beşinci pillədə qalıb.
Günün ikinci matçında “Zirə” “Səbail”i qəbul edəcək. Qarşılamanın start fiti saat 17:30-da səslənəcək.
Xatırladaq ki, meydan sahibləri 48 xalla ikinci, “Dənizçilər” 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, ötən gün turun açılış oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:22 / 09.03.2025
“Şamaxı” doğma meydanda “Sabah”ı məğlub etdi - VİDEO
Hazırda oxunan: “Şamaxı” doğma meydanda “Sabah”ı məğlub etdi - VİDEO
Hazırda oxunan: “Şamaxı” doğma meydanda “Sabah”ı məğlub etdi - VİDEO
238451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.