Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu - FOTO

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu - FOTO

Hazırda oxunan: Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu - FOTO

238436

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.

Bizim.Media xəbər verir ki, son gündə qadınlar gimnastika tiri və sərbəst hərəkətlərdə, kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə birinci olmaq üçün mübarizə aparıblar.

Dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutublar.

Ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov qızıl medal qazanıb. Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.

Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunub.

Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO