Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm - FOTO

Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm - FOTO

Hazırda oxunan: Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm - FOTO

238431

Monteneqroda təşkil edilən şahmat üzrə U-20 dünya çempionatında gümüş medal qazanan Ayan Allahverdiyeva Vətənə qayıdıb.

Bizim.Media xəbər verir ki, şahmatçını Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Şahmat Federasiyasının nümayəndələri və yaxınları qarşılayıblar.

Azərbaycan şahmatçısı mötəbər yarışda gümüş medal qazanmasını belə dəyərləndirib: “Avropa çempionatında səhvlərim çox oldu. Səhvlər az olsaydı, daha yüksək yer tuta bilərdim. Məğlubiyyətdən sonra toparlanmağı bacardım və finişə qədər uğurlu çıxış etməyə çalışdım. Qazandığım nailiyyətdə əməyi olan hər kəsə - məşqçimə, Azərbaycan Şahmat Federasiyasına və doğmalarıma təşəkkür edirəm. Növbəti yarışlarda da onları sevindirməyə çalışacağam”.

Ayan Allahverdiyeva 8 Mart - Beynəlxalq Qadınlar Günündə qazandığı mükafatı anasına həsr etdiyini bildirib: “Düzünü desəm, bayramı fikirləşməyə vaxt olmadı. Amma bu medalı anama həsr etsəm, doğru olar. O, hər zaman mənimlədir. Hətta mükafatlandırmadan sonra zəng vuraraq, yolda ehtiyatlı olmağımı istəyir, uduzanda da mənə dəstək olur”.

2024-cü ildə 20 yaşadək şahmatçıların dünya çempionatında bürünc medal qazanan A.Allahverdiyeva növbəti il bu yarışda iştirak edə bilməyəcəyini qeyd edib: “Artıq 20 yaşım tamam olacaq və mən bu yarışda daha iştirak etməyəcəyəm. Ötən il qazandığım bürünc medaldan sonra Vətənə ən yüksək əyarlı mükafatla qayıtmağı arzulayırdım. Təsəllim qızıl medal qazanan FIDE təmsilçisi Anna Şukmanı əvvəlki turda məğlub etməyim oldu. Məşqlərdə daha çox işləməliyəm ki, səhvləri təkrarlamayım. Qarşıdakı Avropa çempionatında iştirak etməyi planlaşdırıram. Arzularımdan biri yaxın gələcəkdə qadınlardan ibarət Azərbaycan millisinin əsas üzvünə çevrilməkdir”.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO