Monteneqroda 1 boksçumuz finalda: 3-ü bürünc medal qazandı

Monteneqroda 1 boksçumuz finalda: 3-ü bürünc medal qazandı

Hazırda oxunan: Monteneqroda 1 boksçumuz finalda: 3-ü bürünc medal qazandı

238397

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinal mərhələsinin görüşləri keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin idmançısı Zidan Hümbətov (54 kiloqram) finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşəcək.

Digər boksçularımızdan Banuçiçək Nəsirli (48 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) isə turniri bürünc medalla başa vurublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO