Qvardiola sabiq futbolçularının məşqçiliyindən danışdı

Qvardiola sabiq futbolçularının məşqçiliyindən danışdı

Hazırda oxunan: Qvardiola sabiq futbolçularının məşqçiliyindən danışdı

238375

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola sabiq futbolçularının məşqçi kimi uğurlu olmasından danışıb.

Bizim.Media "TNT Sports" nəşrinə istinadən xəbər verir ki, o deyib:

"Onlar çox yaxşıdırlar. Nəticədə uğurlu olurlar. Mən onların işlərini yüksək qiymətləndirirəm.

Düşünürəm ki, onların davranış modeli təkmilləşmə, yeni ideyalar gətirmək, öyrənmək və təcrübə qazanmaq istəyidir. Başa düşürəm ki, onları çoxusu bir neçə ildir ki, məşq keçirlər, məsələn, Vinni (Vensan Kompani - red.) və Xabi Alonso.

Onların işlərində özüm başlayanda etdiklərimdən çox şeyi görürəm. Sabiq oyunçularım üçün çox şadam, çünki çoxusu dostlarımdır. Onlarda hər şey yaxşı olanda, xoşbəxt oluram. Biz birlikdə işləyəndə mənə çox kömək olurdular. Təkcə köməkçi məşqçi kimi yox, oyunçuların məşqçisi kimi də. Vinni və Xabi mənə çox kömək edbilər".

Qeyd edək ki, Vensan Kompani Qvardiola ilə "Mançester Siti"də, Xabi Alonso isə onunla "Bavariya"da işləyib. Hazırda Kompani "Bavariya"nı, Alonso isə "Bayer"i çalışdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO