“Beşiktaş” almaniyalı hücumçu ilə danışıq aparır

“Beşiktaş” almaniyalı hücumçu ilə danışıq aparır

Hazırda oxunan: “Beşiktaş” almaniyalı hücumçu ilə danışıq aparır

238342

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Volfsburq"da çıxış edən Tiaqo Tomasdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Beşiktaş" portuqaliyalı forvard üçün Almaniya klubu ilə danışıqlara başlayacaq. 22 yaşlı futbolçu özü Türkiyədə oynamağa isti yanaşır.

Qeyd edək ki, "Volfsburq" Tiaqo Toması 2023-cü ilin yayında "Sportinq"dən transfer edib.

Portuqaliya U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO