Nikita Simonov Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda halqalar növündə təsnifat mərhələsinin qalibi olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan yığmasının lideri, Avropa çempionatının gümüş mükafatçısı hakimlərdən 14.200 xal alıb və ən yaxşı göstərici ilə finala vəsiqə qazanıb.
Simonov Almaniyanın Kottbus şəhərində keçirilən Dünya kubokunun ilk mərhələsində də halqalarda gümüş mükafatçı olub.
Qeyd edək ki, bu gün həmçinin təsnifatda səkkizinci olan Dəniz Əliyeva qadınların dayaqla tullanma yarışında finala yüksəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:26 / 06.03.2025
Gimnastımız Dünya Kubokunun FİNALINDA
Hazırda oxunan: Gimnastımız Dünya Kubokunun FİNALINDA
Hazırda oxunan: Gimnastımız Dünya Kubokunun FİNALINDA
238054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.