“Turan Tovuz” Alekslə müqavilə İMZALAYACAQ

“Turan Tovuz” Alekslə müqavilə İMZALAYACAQ

Hazırda oxunan: “Turan Tovuz” Alekslə müqavilə İMZALAYACAQ

237926

“Turan Tovuz” legionerlərindən biri ilə müqavilə müddətini artırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, Premyer Liqamızda yarışan digər klubların da transfer siyahısında yer alan Aleks Souza yeni sezonda Tovuz təmsilçisində başlayacaq.

Çünki onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Lakin braziliyalının müqavilə müddəti daha 1 illik artırıla bilər. Forvardın özünün də “Turan Tovuz”da qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, O, bu sezon bölgə klubunda 21 matçda 4 qol vurub, 3 asist edib. “Santos”un yetirməsi olan Aleks “Hegelmann”(Litva), “Boluspor”(Türkiyə) klublarında oynadıqdan sonra ötən ilin yanvar ayında “Turan Tovuz”la anlaşmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO