Bakıda idman gimnastikası üzrə Dünya Kuboku BAŞLAYIR

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku BAŞLAYIR

Hazırda oxunan: Bakıda idman gimnastikası üzrə Dünya Kuboku BAŞLAYIR

237907

Bu gün Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start veriləcək.

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 19 ölkədən gimnastlar medal qazanmaq uğrunda mübarizə aparacaqlar.

Yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər.

Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Qeyd edək ki, Dünya Kubokuna martın 9-da yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO