Bakıda keçiriləcək bədii gimnastika üzrə ikinci Avropa kubokunda 19 ölkənin komandası iştirak üçün qeydiyyatdan keçib.
Bizim.Media xəbər verir ki, mayın 1-4-də təşkil ediləcək yarışda ümumilikdə 179 gimnast çıxış edəcək.
İştirakçılardan 79-u böyüklər, 100-ü isə yeniyetmələr arasında yarışacaq. Qrup yarışlarında isə səkkiz böyük və doqquz yeniyetmə komanda mübarizə aparacaq.
Avropa kubokunda turnirin ev sahibləri ilə yanaşı, Bolqarıstan, Gürcüstan, Macarıstan, Estoniya, Xorvatiya, Kipr, Konqo DR, Çexiya, İsrail, Lüksemburq, Şimali Makedoniya, Monteneqro, Polşa, Rumıniya, Sloveniya, Serbiya, Ukrayna, Cənubi Koreya gimnastları da çıxış edəcəklər. İştirakçı gimnastların adları isə daha sonra açıqlanacaq.
Qeyd edək ki, ötən il ilk Avropa kuboku da Bakıda Milli Gimnastika Arenasında keçirilib.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:44 / 05.03.2025
19 ölkənin komandası Bakıya GƏLƏCƏK
Hazırda oxunan: 19 ölkənin komandası Bakıya GƏLƏCƏK
Hazırda oxunan: 19 ölkənin komandası Bakıya GƏLƏCƏK
237769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.