Çempionlar Liqası: “Arsenal” və “Real Madrid” qələbə qazandı - VİDEO

Çempionlar Liqası: “Arsenal” və “Real Madrid” qələbə qazandı - VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: “Arsenal” və “Real Madrid” qələbə qazandı - VİDEO

237728

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 

Günün ilk matçı Belçikada “Brügge” ilə İngiltərənin “Aston Villa” komandası arasında olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Digər 3 oyun isə Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Gecənin ən prinsipial matçı İspaniyada oynanılıb. “Real Madrid” öz meydanında şəhərin digər təmsilçisi “Atletiko”nu sınağa çəkib. Madrid derbisində sevinən tərəf “kral klubu” olub - 2:1. 

Bundan başqa, İngiltərə “Arsenal”ı Niderlandda PSV-ni 7:1 hesabı ilə darmadağın edib, Fransanın “Lill” komandası isə Almaniyada Dortmund “Borussiya”sı ilə heç-heçəyə razılaşıb - 1:1. 

 

UEFA Çempionlar Liqası 1/8 final, ilk oyunlar: 

4 mart 

21:45. “Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə) - 1:3 

00:00. “Real Madrid” (İspaniya) - “Atletiko” (İspaniya) - 2:1 

00:00. PSV (Niderland) - “Arsenal” (İngiltərə) - 1:7 

00:00. “Borussiya Dortmund” (Almaniya) - “Lill” (Fransa) - 1:1 

Qeyd edək ki, 1/8 final mərhələsinin digər dörd matçı bu gün keçiriləcək. 

 

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO