Ötən ay karyerasını başa vuran Braziliya millisinin və İspaniyanın "Real Madrid" komandasının sabiq futbolçusu Marselo Kriştiano Ronaldo və Lionel Messi barədə danışıb.
Bizim.Media xəbər verir ki, veteran müdafiəçi ulduz oyunçularla eyni dövrdə oynadığı üçün şanslı olduğunu bildirib:
“Kriştiano Messinin daha yaxşı olduğunu düşünür. Biri iki qol vurduğu zaman digəri het-trik etmək istəyirdi. Biz bundan həzz alırdıq. İnsanlar onları müqayisə etmək istəyir, amma unudurlar ki, sadəcə, onların oyunundan həzz almaq lazımdır.
Karyerası ərzində 15 il “kral klubu”nun formasını geyinən Marselo 546 oyunda 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Madrid təmsilçisinin əfsanələrindən hesab olunan veteran futbolçu bu komandada ümumilikdə 25 titul qazanıb. Onların arasında 5 Çempionlar Liqası kuboku da var.
Qeyd edək ki, Marselonun son klubu ölkəsinin “Fluminense” kollektivi olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:00 / 04.03.2025
Marselo: “Ronaldo ilə Messini müqayisə etməyin, sadəcə...”
Hazırda oxunan: Marselo: “Ronaldo ilə Messini müqayisə etməyin, sadəcə...”
Hazırda oxunan: Marselo: “Ronaldo ilə Messini müqayisə etməyin, sadəcə...”
237635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.