"Yuventus"un futbolçusu Kənan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Çelsi" türk vingeri transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
London klubu Kənan üçün 80 milyon avro ödəməyə hazırdır. İtaliya klubu isə 19 yaşlı ön xətt oyunçusu üçün 100 milyon avro tələb edir.
Qeyd edək ki, "Yuventus" Kənan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. Türkiyə millisinin üzvü olan gənc futbolçu bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:37 / 03.03.2025
“Çelsi” türk futbolçu üçün 80 milyon TƏKLİF ETDİ
Hazırda oxunan: “Çelsi” türk futbolçu üçün 80 milyon TƏKLİF ETDİ
Hazırda oxunan: “Çelsi” türk futbolçu üçün 80 milyon TƏKLİF ETDİ
237512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.