KİV: “Fənərbaxça” “Zirə”nin futbolçusunu transfer etmək İSTƏYİR

KİV: “Fənərbaxça” “Zirə”nin futbolçusunu transfer etmək İSTƏYİR

Hazırda oxunan: KİV: “Fənərbaxça” “Zirə”nin futbolçusunu transfer etmək İSTƏYİR

237446

“Zirə”nin futbolçusu Salifu Summanın xidmətində maraqlı olan daha bir klub bəlli olub.

Bizim.Media Qvineyanın “imedias.net” portalına istinadən xəbər verir ki, söhbət “Fənərbaxça”dan gedir.

Qvineya nəşrinin məlumatına görə, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Sumanı sərəncamında görmək istəyir.

Hətta Türkiyə klubunun qvineyalı üçün “Zirə”yə 800 min avro ödəyəcəyi də gözlənilir. Artıq tərəflər arasında ilkin təmasların olub və transferin reallaşmaq ehtimalı yüksəkdir. Türkiyə klubu cari mövsümün sonuna kimi bütün məsələləri həll etmək niyyətindədir.

Xatırladaq ki, daha əvvəl Sumanın Bolqarıstanın ÇSKA klubuna keçmək ehtimalının yüksək olduğu bildirilirdi. Ona “Qrenobl”, “Kayserispor”, “Finiks Risinq” klubları maraq göstərir. Salifunun "Zirə" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO