Milli çempionatların 2025-ci il üçün ən yaxşı bombardirləri açıqlanıb.
Bizim.Media xəbər verir ki, İFFHS-in cədvəlinə ilin ilk ayında yüksək liqalarda ən çox qol vuranlar daxil edilib.
Siyahıda ən azı 7 qol vuran 38 futbolçu yer alıb.
Cədvələ Səudiyyə Ərəbistanında məhsuldarlıq nümayiş etdirən hücumçular başçılıq edir. “Əl Əhli”nin futbolçusu Eyvan Touni 1-ci, “Əl Hilal”ın bombardiri Markos Leonardo 2-ci sıradadır. Hər iki futbolçu 13 qola sevinib. “Deva Yunayted”lə İndoneziya çempionatında eyni sayda fərqlənən Aleks 3-cüdür.
Qeyd edək ki, Avropanın ən yaxşısı Mika Bieret “Monako”da vurduğu 10 qolla 5-ci pillədə yer alıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:08 / 03.03.2025
Ən yaxşı bombardirlərin SİYAHISI
Hazırda oxunan: Ən yaxşı bombardirlərin SİYAHISI
Hazırda oxunan: Ən yaxşı bombardirlərin SİYAHISI
237409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.