“Sabah”ın legioneri Avropa klublarının gündəmində

“Sabah”ın legioneri Avropa klublarının gündəmində

Hazırda oxunan: “Sabah”ın legioneri Avropa klublarının gündəmində

237281

"Sabah"ın futbolçusu Con İrazabalın yeni sezona hazırkı komandasında başlaması sual altındadır. 

Bizim.Media xəbər verir ki, 28 yaşlı müdafiəçinin xidmətində maraqlı olan Avropa klubları var.

Məlumata görə, İrazabalı istəyən Polşa klubları daha çoxluq təşkil edir.
 

Belə ki, "Krakoviya" başda olmaqla Polşanın daha bir neçə klubu ispanla yaxından maraqlanır. Onun Belçikaya yollanmaq ehtimalı da az deyil. Yüksək liqa təmsilçilərindən biri "Sabah"ın futbolçusunu transfer siyahısına daxil edib. 


"Sabah" özü də ispan müdafiəçi ilə müqavilə müddətini artırmağı planlaşdırır. Onun komandada qalıb-qalmayacağı mövsüm bitən kimi bəlli olacaq.

İrazabal 2022-ci il iyulun 10-da "Sabah"a keçmişdi. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 28 yaşlı futbolçu “Eybar”B, “Mirandes”, “Leyyoa”, “Amorebyeta” komandalarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO