Peşəkar Futbol Liqası bu gün Azərbaycan kubokunda, 1-ci liqada, 2-ci liqada və əvəzedicilər liqasında keçirilməli olan matçlarla bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, qurum hava şəraiti ilə əlaqədar görüşlərin təxirəsalınma ehtimalı haqda bunları bildirib:
"Bildiyiniz kimi, bu gün Azərbaycan Kubokunda,1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək".
Bizim.Media

- A-
- A
- A+
İdman
12:23 / 27.02.2025
Qara görə oyunlar LƏĞV OLUNACAQ? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Qara görə oyunlar LƏĞV OLUNACAQ? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Qara görə oyunlar LƏĞV OLUNACAQ? – RƏSMİ AÇIQLAMA
236805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.