Futbolda inqilabi təkliflər müzakirəyə ÇIXARILIR - Martın 1-i toplantıdır - FOTO

Futbolda inqilabi təkliflər müzakirəyə ÇIXARILIR - Martın 1-i toplantıdır - FOTO

Hazırda oxunan: Futbolda inqilabi təkliflər müzakirəyə ÇIXARILIR - Martın 1-i toplantıdır - FOTO

236713

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) martın 1-də Şotlandiyanın paytaxtı Qlazqoda toplantı keçirəcək.

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, toplantıda futbol qaydalarına dörd mümkün dəyişiklik müzakirə olunacaq.

Əsas müzakirə mövzusu “Arsenal”ın sabiq baş məşqçisi, FİFA-nın inkişaf direktoru Arsen Vengerin təklifi ilə bağlıdır. “Venger qaydası” adlı bu təklif ofsaydla ələqədardır. 

Vengerin təklifinə əsasən, hücum edən oyunçunun bədəni tamamilə müdafiəçidən qarşısında olarsa, ofsayd qərarı verilməlidir. Həmin təklifə əsasən müdafiə olunanla hücum edən tərəf arasında indiki kimi millimetrəlik məsafəyə görə isə ofsayd qeydə alınmamalıdır. Vengerə görə, bu halda hücum futbolu daha da arta bilər. Bunun hakimlərin və VAR-ın işini asanlaşdıracağı güman edilir.


Toplantıda ikinci məsələ VAR qərarlarının oyun zamanı stadionda canlı olaraq dərhal elan edilməsidir.


Daha bir müzakirə mövzusu isə basketboldakı kimi futbolda da baş məşqçilərə etiraz haqqının verillməsi təklifi olacaq. Challenger adlanan bu sistemə görə hakimlə yanaşı baş məşqçi də mübahisəli epizod zamanı VAR-a müraciət edə bilər. 

Nəhayət, dördüncü təklif odur ki, hakimlər mübahisəli epizodda və futbolçunun zədələnəndə oyunun zamanını dayandıra bilir (reqbidə olduğu kimi). Arsen Vengerin dünya çempionatının iki ildən bir keçirilməsini təklifi isə gündəliyə salınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO