Azərbaycan boksçusu Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəldi

Hazırda oxunan: Azərbaycan boksçusu Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəldi

23668

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, +91 kq çəki dərəcəsində yarışan idmançı Olimpiadaya vəsiqə uğrunda ilk döyüşünə çıxıb.

Milli üzvü Fransanın paytaxtı Parisdə təşkil olunan yarışda Adam Kuliklə (Ukrayna) gücünü yoxlayıb. 1/8 final çərçivəsində baş tutan görüş 5:0 (30:27, 30:25, 30:27, 30:26, 30:26) hesabı ilə Abdullayevin xeyrinə bitib.

O, 1/4 finalda ukraynalı Tsotne Roqava ilə üz-üzə gələcək. Döyüş sabah keçiriləcək.

İdmançımız yarımfinala yüksələcəyi halda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Qeyd edək ki, bu gün daha bir boksçumuz rinqə çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO