Yasin Benzia “Qarabağ”dan GEDİR?

Yasin Benzia “Qarabağ”dan GEDİR?

Hazırda oxunan: Yasin Benzia “Qarabağ”dan GEDİR?

236638

"Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Yassin Benzianın növbəti mövsümə harada başlayacağı futbolsevərləri maraqlandıran əsas məqamlardan biridir.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti bu yay başa çatacaq 30 yaşlı futbolçu yeni sözləşmə ilə bağlı klubu ilə danışıqları davam etdirir.

Rəhbərlik Əlcəzair millisinin üzvünə müəyyən şərtlər fonunda anlaşmanın 2 il müddətinə uzadılmasını təklif etsə də, Yassin qarşı tərəfə "hə" deməyib.
 

Təcrübəli orta xətt oyunçusu bölgə təmsilçisi ilə başqa klublardan daha cəlbedici çağırış almayacağı halda, anlaşma yeniləmək niyyətindədir. Eyni zamanda, "Qarabağ"ın ona olan münasibətindən razı qalan Yassin digər təkliflərlə ağdamlıların ortaya qoyduğu şərtlər arasında böyük fərq olmayacağı təqdirdə, müəyyən qazancdan keçərək Qurban Qurbanovun rəhbərliyi altında oynamaq variantını seçəcək.


Qeyd edək ki, cari mövsüm "köhlən atlar"ın forması ilə bütün turnirlərdə 36 matça çıxan Benzya 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO