Lionel Messi "Barselona"ya qayıdır

Lionel Messi "Barselona"ya qayıdır

Hazırda oxunan: Lionel Messi "Barselona"ya qayıdır

236487

ABŞ-ın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi "Barselona"ya qayıdacaq.

Bizim.Media gazeta.ru nəşrinə istinadən xəbər verir ki, bunu Messinin PSJ-dən "İnter Mayami"yə keçidindən ilk xəbər tutan argentinalı jurnalist Aleks Kandal deyib.

Jurnalistin sözlərinə görə, Messi təmirdən çıxmış "Kamp Nou" stadionunda oynamayana qədər karyerasını bitirmək fikrində deyil.

Forvardın MLS-2025 ("Major League Soccer") mövsümü başa çatdıqdan sonra bir neçə ay müddətinə Kataloniya klubuna icarə əsasında keçəcəyi gözlənilir.

Messi "Barselona"nın gənclik sisteminin məhsuludur. O, 2003-2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində o, 835 oyun keçirib, 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, Argentina ilə 2022 Dünya Kubokunun qalibi olub , iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə "Qızıl top"u qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO