"Mançester Siti" və Xorvatiya millisinin futbolçusu Mateo Kovaçiç İspaniyaya yollanacaq.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, "Atletiko" yarımmüdafiəçini transfer etməyi planlaşdırır.
Kovaçiçin Dieqo Simeonenin rəhbərlik altında oynamaq istədiyi bildirilir. Xorvat futbolçunun "Mançester Siti" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Kovaçiç karyerası ərzində "Dinamo"(Zaqreb), "İnter", "Real", "Çelsi" klublarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
15:09 / 25.02.2025
“Mançester Siti”nin oyunçusunun növbəti klubu BƏLLİ OLDU
Hazırda oxunan: “Mançester Siti”nin oyunçusunun növbəti klubu BƏLLİ OLDU
Hazırda oxunan: “Mançester Siti”nin oyunçusunun növbəti klubu BƏLLİ OLDU
236477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.