AFFA İntizam Komitəsi “Turan Tovuz”u 20000 manat cərimələyib.
Bizim.Media xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Bölgə təmsilçisinin bəyanat yayaraq AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsinə gətirib çıxaran hərəkətlərə yol verdiyi bildirilib:
“AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər”.
Qeyd edək ki, “Turan Tovuz”un səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının XXIV turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb. Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:16 / 25.02.2025
Bu açıqlama başlarına bəla oldu: 20 min cərimə - FOTO
Hazırda oxunan: Bu açıqlama başlarına bəla oldu: 20 min cərimə - FOTO
Hazırda oxunan: Bu açıqlama başlarına bəla oldu: 20 min cərimə - FOTO
236410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.