Abdullah Zubir "Qarabağ” tarixinin rekordunu təkrarladı - VİDEO

Abdullah Zubir "Qarabağ” tarixinin rekordunu təkrarladı - VİDEO

Hazırda oxunan: Abdullah Zubir "Qarabağ” tarixinin rekordunu təkrarladı - VİDEO

236264

“Qarabağ” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 60-cı qolunu vurub.

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda buna XXIV turun “Sabah”la görüşündə (1:1) nail olub. 60-cı topa Abdullah Zubir imza atıb.
 

Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003/2004, 2021/2022 və 2023/2024-cü illər mövsümlərində də “60”a 24-cü oyununda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib.


Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995/1996-cı il mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO