İslam Həmrəyliyi Oyunlarının vaxtı AÇIQLANDI

İslam Həmrəyliyi Oyunlarının vaxtı AÇIQLANDI

Hazırda oxunan: İslam Həmrəyliyi Oyunlarının vaxtı AÇIQLANDI

236053

Bu il keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının tarixi açıqlanıb.

Bizim.Media xəbər verir ki, yarış noyabrın 7-21-də keçiriləcək. Oyunlar Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda baş tutacaq.

Qeyd edək ki, ilk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2005-ci ildə təşkil edilib. 2010-cu ildə İranda keçirilməsi planlaşdırılan ikinci oyunlar baş tutmayıb.

Üçüncü İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyada, dördüncü 2017-ci ildə Bakıda, beşinci isə 2021-ci ildə Türkiyənin Konya şəhərində təşkil olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO