Tamblinq üzrə Azərbaycan millisinin iki üzvü Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.
Bizim.Media xəbər verir ki, kişilərin yarışında Adil Hacızadə 55.500 xalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
Yığmanın digər üzvü Tofiq Əliyev isə 14 idmançı arasında 53.700 xalla ikinci olub.
Bu növdə ən çox xal toplayan ilk 8 idmançı həlledici mərhələyə vəsiqə qazanıb.
Tamblinq üzrə final mərhələsinin yarışları fevralın 23-də keçiriləcək.
Qeyd edək ki, Dünya Kubokunda 15 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:25 / 22.02.2025
İki gimnastımız Dünya Kubokunun FİNALINDA
Hazırda oxunan: İki gimnastımız Dünya Kubokunun FİNALINDA
Hazırda oxunan: İki gimnastımız Dünya Kubokunun FİNALINDA
236014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.