“Real”ın futbolçusu nəhəng klubların HƏDƏFİNDƏ

“Real”ın futbolçusu nəhəng klubların HƏDƏFİNDƏ

Hazırda oxunan: “Real”ın futbolçusu nəhəng klubların HƏDƏFİNDƏ

236008

Bir neçə Avropa klubu “Real”ın 22 yaşlı mərkəz müdafiəçisi Raul Asensio ilə maraqlanır.

Bizim.Media xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

PSJ son transfer pəncərəsində ispan futbolçunu almağa cəhd edib. “Real”ın Asensionu satmaq fikrində olmadığı vurğulanır.

Futbolçunun özü də “kral klubu”ndan ayrılmaq istəmir.

22 yaşlı müdafiəçinin müqaviləsində 50 milyon avroluq satın alma maddəsi var.

Asensio cari mövsüm bütün turnirlərdə 34 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO