Bu futbolçu mövsümün sonunda “Qarabağ”dan AYRILACAQ

Bu futbolçu mövsümün sonunda “Qarabağ”dan AYRILACAQ

Hazırda oxunan: Bu futbolçu mövsümün sonunda “Qarabağ”dan AYRILACAQ

235929

Musa Qurbanlı böyük ehtimalla mövsümün sonunda "Qarabağ"dan ayrılacaq.

Bizim.Media xəbər verir ki, komandanın baş məşqçisi, o cümlədən Musanın atası Qurban Qurbanov da bunun tərəfdarıdır.

İş ondadır ki, Musa Ağdam klubundakı rəqabətə dözmür və əsas heyətdə özünə yer edə bilmir.

Sadəcə, limit məsələsinə görə, Qurban Qurbanov onu heç yerə göndərə bilmirdi. Lakin yeni mövsümdən legioner limiti də ləğv olunub. Məhz bu qərardan sonra Musanın icarə qaydasında daha çox oynamaq şansı qazana biləcəyi kluba keçməsi məqbul sayılıb. Böyük ehtimalla, həmin klub yerli klublardan biri olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO