2024/25 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, "kimyaçılar" son olaraq Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.
27 yaşlı hücumçu komandada “9” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub. Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:32 / 19.02.2025
“Sumqayıt” özbəkistanlı futbolçu TRANSFER ETDİ
Hazırda oxunan: “Sumqayıt” özbəkistanlı futbolçu TRANSFER ETDİ
Hazırda oxunan: “Sumqayıt” özbəkistanlı futbolçu TRANSFER ETDİ
235582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.